Ötən gün səhər saatlarında Binə Ticarət mərkəzində baş verən yanğının görüntüləri yayılıb.
 
BAKU.WS-in məlumatına görə, yanğın paytaxtın Qaradağ rayonunda yerləşən mərkəzinin 6-cı və 7-ci sırasının 4-cü korpusunda olub. 

Dərhal Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat verilib, əraziyə Yanğın Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub. Yanğınsöndürənlərin səyləri nəticəsində alov ram edilib, yayılmasının qarşısı alınıb. 

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə yanğın zamanı vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan geyim mağazasının yanar konstruksiyaları və içərisindəki mallar, digər vətəndaşlara məxsus ümumi sahəsi 216 m2 olan geyim mağazalarının tavanları ümumilikdə 22 m2 sahə yanıb. Mağazaların qalan hissəsi və bitişik mağazalar yanğından mühafizə olunub.
 
XoxuTV
BAKU.WS