VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bakının Yasamal rayonu ərazisində ağır zəncirvari yol qəzası baş verib. Hadisə Cəfər Cabbarlı küçəsində yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobilin digər iki "Mercedes" ilə toqquşması nəticəsində qeydə alınıb.
 
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, qəza zamanı 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Ölənlərdən biri qəzanı törədən avtomobilin sürücüsü, digəri isə yol kənarında duran piyada olub. 1983-cü il təvəllüdlü piyada Elçin Ağayev maşının onu vurması nəticəsində əvvəlcə ağaca, sonra isə reklam lövhəsinə çırpılaraq yerə düşüb.
 
O, bir neçə hissəyə parçalanıb. Qəza zamanı 1991-ci il təvəllüdlü Müzəffər Əhmədov, 1995-ci il təvəllüdlü Əmrah Ağabalayev, həmçinin təvəllüdü və soyadı hələ ki, məlum olmayan Anar adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan sonuncusunun xəsarəti yüngüldür, digər birinin vəziyyəti isə ağırdır. Yaralıların hamısı qəzanı törədən avtomobilin sərnişinləri olublar. Əraziyə 4 "təcili yardım" maşını və polis əməkdaşları cəlb olunub.
 
BAKU.WS