SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakı Nəqliyyat Agentliyi və Avto Radio küləkli hava şəraiti ilə bağlı sürücülərə xəbardarlıq edir.
 
Agentlikdən BAKU.WS-ə daxil olan xəbərdarlıqda deyilir ki, Bakıda müşahidə olunan güclü külək fəsadlara yola aça bilər. Belə ki, külək Yasamal rayonu Tbilisi prospektində reklam lövhəsini aşırıb. Nəticədə Şəfayət Mehtiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində bir hərəkət zolağında maneə yaranıb. "Belə hava şəraitlərində ehtiyatlı olmağınız, nəqliyyat vasitəsini iri gövdəli ağacların və ya hansısa texniki qurğunun altında saxlamamağınız məsləhət görülür", - xəbərdarlıqda bildirilir.
 
BAKU.WS