Bu gün Xızı rayonunun Dizəvər yaylağında baş vermiş yanğın küləkli hava şəraiti ilə əlaqədar daha geniş ərazini əhatə edərək qismən meşə fondu torpaqlarına keçib və kol-kos yanğına məruz qalıb. 

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, yanğının daha geniş əraziyə keçməsinin qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları ciddi tədbirlər görür. 

Qeyd edək ki, hadisənin ciddiliyi nəzərə alınaraq ETSN-nin Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin lazımi avadanlıqları götürülərək, Nazirliyin 50 nəfərlik heyəti də Xızı rayonuna yola düşüb.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

BAKU.WS