SİZİN REKLAM BURADA!
055 213 76 73



Sabirabadda ata azyaşlı oğlunu amansızlıqla öldürüb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, qətl hadisəsi Sabirabad rayonunun Ulacalı kəndində qeydə alınıb.

BAKU.WS-in APA TV-yə istinadən verdiyi xəbərə görə, həmin kəndin sakini, 1990-cı il təvəllüdlü Röyal Şakir oğlu Məmmədov 7 yaşlı oğlunu xüsusi amansılıqla  qətlə yetirib.

Yenicə məhkumluqdan qayıdan R.Məmmədov həyat yoldaşına uşağın ondan olmadığını iddia edib. Onların arasında mübahisə yaranıb. Röyal həyat yoldaşını öldürmək istəsə də, o, qaça bilib. Arvadının qisasını oğlundan almaq istəyən ər onu fəaliyyətdə olmayan köhnə kənd yeməkxanasına aparıb və yeməkxananın zirzəmisində uşağın başına 6 çəkic zərbəsi vuraraq onu amansızlıqla qətlə yetirib.
 
Röyal Məmmədov və həyat yoldaşı polis tərəfindən saxlanılıb.
 
Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi açılıb, araşıdrma aparılır.
 
BAKU.WS