SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının mərkəzində xanımlar arasında dava-dalaş düşüb.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, Xəqani küçəsi 24 ünvanın qarşısında ("Tarqovı”) Sumqayıt şəhər sakini, 1993-cü il təvəllüdlü Qasımova Zülfiyyə Tağı qızı ilə 1997-ci ildə anadan olmuş paytaxt sakini Rəşidova Nəzrin Şahin qızı arasında dava düşüb.

Yaxınlıqdakı şəxslər çalışsalar da, bir-birini vurub, saçını yolan qızları ayıra bilməyiblər. Ərazidə xidmət aparan post patrul polisinin müdaxiləsindən sonra onları sakitləşdirmək mümkün olub.

Hər iki qız polis bölməsinə aparılıb və izahatları alınıb.
 
BAKU.WS