SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Bakı bulvarında bir nəfər özünü dənizə ataraq intihar edib.

BAKU.WS-in Lent.az-a istinadən məlumatına görə, saat təxminən 21:30 radələrində bulvarın Hökümət Evi ilə üzbəüz istiqamətindən özünü dənizə atan şəxsi xilas etmək mümkün olmayıb.

Şəxsiyyəti hələ dəqiqləşdirilməyən şəxs onu xilas etmək üçün ətrafdakıların dənizə atdığı xilasedici ip və təkərlərdən tutmaqdan imtina edib və dənizin dərinliklərinə qərq olub. 

Hazırda onun meyitinin dənizdən çıxarılmasına çalışılır.

Arzu Mirzəyeva
BAKU.WS