Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfərin barmağında üzüyün sıxılaraq qalması barədə məlumat daxil olub.
 
BAKU.WS-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq üzüyü kəsib və vətəndaşın barmağından çıxararaq zərərçəkmişi aidiyyatı üzrə təhvil veriblər.
 
Əməliyyat saat 09:44-də başa çatıb.

Arzu Mirzəyeva
BAKU.WS