SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Rusiyanın Kazan şəhərində 23 yaşlı Sitora Baratova avtomobilin idarəetməsini itirərək ağır qəzaya səbəb olub.

BAKU.WS-in Oxu.Az-a istinadən verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi martın 23-də səhər saatlarında baş verib.

Sükan arxasında olan qız "Vkontakte” sosial şəbəkəsində canlı yayım aparırdı. 

"Salam. Kim nə ilə məşğuldur?”, - o izləyicilərinə sual verib və mahnı oxumağa başlayıb.

Polisdən bildiriblər ki, gənc qız düzgün sürət seçməyib və yolun əks istiqmətinə çıxıb. Nəticədə avtomobil qarşıdan gələn avtobusla toqquşub.

Qəza zamanı Sitora Baratova hadisə yerindəcə ölüb, biri yeddi yaşlı uşaq olmaqla, avtobusun beş sərnişini isə xəsarət alıb.
 
Həmin görüntüləri sizə təqdim edirik: 

Arzu Mirzəyeva
BAKU.WS