SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakıda avtomobil ana və qızını vurub. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, martın 23-də saat 20 radələrində Binəqədi rayonunun Xocasən qəsəbəsi ərazisində Sabirabad rayon sakini Əliağa Əliyev idarə etdiyi "Daewoo” markalı avtomobillə yolu keçən Biləsuvar rayon sakinləri Şəfiqə Şirinovanı və qızı Təhminəni vurub. Nəticədə Ş.Şirinova hadisə yerində ölüb, Təhminə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
 
BAKU.WS