SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Ermənistanda Müdafiə Nazirliyinə məxsus "Ural” markalı yük maşını  "Volkswagen Golf” markalı minik avtomobili ilə toqquşub.
 
BAKU.WS-in xəbərində bildirilir ki, APA TV-nin erməni mətbutaına istinadən verdiyi məlumatına görə, qəza nəticəsində 10 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.
 
Qəza zamanı hər iki avtomobil çevrilib, "Volkswagen” isə 70 metr dərinlikdə dərəyə yuvarlanıb.
 
Xəsarət alanlardan 6-si müqaviləli əsgərdir. Onların hamısının vəziyyəti ağırdır.

Arzu Mirzəyeva
BAKU.WS