VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Cəlilabad rayon polis şövbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı narkotik maddə aleverçisi həbs olunub.


BAKU.WS
-in məlumatına görə, 33 yaşlı Şirvan şəhər sakini Atayev İlkin Mahir oğlu Cəlilabad rayonuna gələrək Cəlilabad-Sərhədabad yolunun kənarında əvvəlcədən gizlədilmiş yerdən 8 kq-a yaxın narkotik maddə olan tiryəki götürüb qayıdarkən polislər tərəfindən saxlanılıb.

Məlum olub ki, İlkinə narkotik maddənin adıçəklilən yerdən götürərək digər şəxslərə təhvil verməsini ona İrandan olan tanışı telefonla zəng edərək xəbər verib.

Faktla bağlı Cəlilabad rayon Polis şövbəsində Cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

İstintaq davam edir.

Ziya Səccad
BAKU.WS