VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Rusiyanın Sankt-Peterburq şəhərində silahlı insident baş verib.
 
BAKU.WS-in məlumatına görə, mehmanxanalardan birində atışma zamanı polis əməkdaşı yaralanıb. Zərər çəkən polisin vəziyyəti ağırdır. Hazırda həkimlər onun həyatını xilas etmək üçün çalışırlar. 
 
Qoroxov küçəsində qeydə alınmış hadisənin təfərrüatları da məlum olub. Mehmanxananın foyesində iki qrup insan arasında münaqişə olub. Mübahisə qızışdıqdan sonra tərəflərdən biri digərinə travmatik tapançadan atəş açıb. Dava küçədə davam edərkən atışma odlu silahdan edilib. 
  
Polis münaqişənin dörd iştirakçısını saxlayıb, digər nəfər isə xəstəxanaya yerləşdirilib. Xəstəxanaya aparılmış yaralılardan biri Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq üzrə polis əməkdaşı olub. Hadisə yerində aparılan araşdırmalar zamanı 1 travmatik tapança, səkkiz patron, on giliz, iki beysbol taxtası, rezin dəyənək və patron götürülüb. 
 
İlkin məlumata görə, münaqişə əvvəlcə biznesmenlər və polis əməkdaşları arasında baş verib. Stanislav Yakovlev, Pavel Tatarinovım, Azər Ağaxanov və Yevdokimov 4 polis əməkdaşı ilə mübahisə edib. Qarşıdurma mehmanxananın barında başlayıb. Dava qızışdıqdan sonra dalaşanlar küçəyə çıxıblar. Polislər daha 5 nəfər çağıraraq davanın böyüməsinə səbəb olublar. 

Faktla bağlı araşdırma başlanılıb. "Qəsdən adam öldürmə" maddəsi üzrə cinayət işi qaldırılıb. 
 
ŞAHİN Həbibov
BAKU.WS