SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Ağdamda iribuynuzlu heyvanın vurduğu 56 yaşlı qadın ölüb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Əfətli kəndində baş verib.
 
Ağdam Mərkəzi Rayon Xəstəxanasına gətirilən Filyar Əliyevanın vəziyyəti ağır olduğundan yaxınları onu Bərdə xəstəxanasına aparmağa  çalışsalar da, qadın yolda həyatını itirib. F. Əliyevanın yaxınları onu tövlədə inək vurduğunu deyib.
 
Faktla bağlı araşdırma aparılır. 
 
BAKU.WS