VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda "VAZ 2107" markalı avtomobillə Binə istiqamətində hərəkət edərkən kobud şəkildə qayda pozan, hərəkətin əksinə gedərək olduqca təhlükəli hərəkətlər edən sürücü həbs olunub.
 
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov BAKU.WS-ə bildirib ki,  "VAZ-2107" markalı, 90 VX 145 dövlət nömrə nişanlı avtomobilin sürücüsü 22 yaşlı Samir Atakişi oğlu Məmmədəliyev Bakının Nizami rayonu sakinidir. O, dünən gecə Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Məhkəmə qarşısına çıxarılan Samir Məmmədəliyev "avtoş" kimi cərimə olunub. Məhkəmə avtoxuliqan üçün 30 gün müddətinə inzibati həbs qərarı çıxarıb. 

Sürücü martın 12-də gecə saat 01.25-də Binə yolunda avtomobillərin hərəkətinin əks istiqamətinə maşını sürərək özüsnü və digər hərəkət iştirakçılarını təhlükəyə qoyub. 

Arzu Mirzəyeva
BAKU.WS