Göyçay rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə saat 20:46 radələrində, Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Göyçaydan İsmayıllı rayonu istiqamətinə hərəkət edən Məhəmməd Quliyevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili yolu keçən Göyçay rayon Qarayazı kənd sakini Eyvazov Sədiyar Bulud oğlunu vurub. Nəticədə S. Eyvazov hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisəni törətmiş M.Quliyev İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşıdır.