SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakıda bədənində "Vor" döyməsi olan kişi meyiti tapılıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Sabunçu rayonu, Balaxanı qəsəbəsində küçədən təxminən 40-45 yaşlı kimliyi məlum olmayan kişi meyiti tapılıb. 

Naməlum şəxsin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Onun bədəninin üzərində çoxlu döymə olduğu aşkarlanıb. Naməlum şəxsin barmaqlarının üzərinə böyük hərflərlə "VOR" sözü yazılıb.

Meyitin kimliyi və ölümün səbəbləri araşdırılır.

Araşdırmalar zamanı onun 1963-cü il təvəllüdlü Ələkbər Yakuboviç olduğu müəyyən edilib.  

Qeyd edək ki, o, əvvəllər məhkumluq həyatı yaşayıb.   

 

 
BAKU.WS