VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda "VAZ 2107" markalı avtomobil kobud şəkildə qayda pozub. 
 
BAKU.WS-in məlumatına görə, taksi xidməti ilə məşğul olan avtomobil sahibi magistral yolda əks istiqamətdə hərəkət edir. 
 
Sürücünün bu ağlasığmaz hərəkətini digər bir avtomobildən çəkmək mümkün olub. Görünür taksi sürücüsü müştərini kəsdirmə yolla aparmaq üçün bu cür addım atıb. Yolda bu cür qayda pozuntusunun başqa absurd bir izahı ağla gəlmir. 
 
Xatırladaq ki, buna oxşar hadisə bir neçə gün öncə də baş vermişdi. ZİL markalı yükmaşını əks yolda hərəkət edərək kobud qayda pozuntusuna yol vermişdi. Hadisədən dərhal sonra həmin sürücü polis əməkdaşları tərəfindən saxlanılmış və haqqında intizam tədbiri görülmüşdü. Ümid edək ki, bu sürücü də insanların həyatına təhlükə yaradan hərəkətlərinə görə cəzalandırılacaq. 
 
Nazim Babayev
BAKU.WS