VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Martın 10-da polis əməkdaşları İsmayıllı rayon sakini, F-1 qumbarası ilə silahlanmış Kazımov Zakir Əhməd oğlunu saxlamaq istəyərkən, cinayətkar əlindəki qumbaranı kafenin ərazisinə atıb.

BAKU.WS xəbər verir ki, bu barədə Virtualaz.org-a Rayon Polis Şöbəsindən məlumat veriblər.
 
Mənbəyə görə, baş vermiş partlayış nəticəsində rayon sakini Səfa Məlikov ayağından yaralanıb. Onun vəziyyətinin sabir olduğu deyilir. Partlayış nəticəsində başqa zərərçəkən olmayıb.

APA-nın məlumatına əsasən, partlayış zamanı rayonun Günəşli qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məlikov Səfa Fikrət oğlu və Yuxarıbaş kənd sakini 1994-cü il təvəllüdlü Heydərli Asiman Əhməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Hadisəni törətməkdə şübhəli bilinən İsmayıllı şəhər sakini 1969-cu il təvəllüdlü Kazımov Zakir Əhməd oğlunun saxlanıldığı bildirilir. 

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.
 
BAKU.WS