SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Beyləqanda orta məktəb şagirdinin zorlanması hadisəsi sosial şəbəkələrdə geniş müzakirə olunur.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, müzakirə iştirakçıları ailəsinin qızdan imtina etməsini pisləyirlər. Eyni zamanda onlar bu işlə məşğul olan QHT-lərin fəaliyyətindən narazılıqlarını bildirirlər. QHT-ləri qızın taleyi ilə maraqlanmamaqda günahlandırırlar.

Sayt məsələ ilə bağlı "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ilə əlaqə saxlayıb. O, bildirib ki, xəbər yayılandan sonra qızın qohumları ilə əlaqə saxlayıb: "Biz onlara öz xidmətimizi təklif etdik. Dedilər ki, qız öz nəzarətləri altındadır. Əlavə etdilər ki, özləri bu məsələləri tənzimləyə bilərlər. Bu, elə bir mövzudur ki, ailəni başa düşmək olar. Yəqin ki, istəsələr bizim təklifimizi dəyərləndirərlər".
 
BAKU.WS