VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Ötən gün 5 tələbənin ölümünə, 17 nəfərin yaralanmasına səbəb olan "Ford"un sürücüsü Namiq Hüseynovun yeni videogörüntüsü yayılıb.

Missiya.Az-ın əldə etdiyi videoda sürücünün reyd təşkil edən nəqliyyat müfəttişləri ilə mübahisə etdiyi görünür.

Reyd Sumqayıt şəhərində təşkil edilib. Məlumata görə, sürücü müfəttişlər tərəfindən qanunsuz sərnişindaşıma fəaliyyəti göstərdiyi üçün saxlanılıb. Bir müddət əvvəl çəkilmiş videodan da göründüyü kimi sürücü nəqliyyat müfəttişlərinə tabe olmaq istəmir və onlarla mübahisə edir. 

Qeyd edək ki, qəza nəticəsində Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim Vuqar oğlu, Nəsibov İbrahim Xəqani oğlu, 1999-cu il təvəllüdlü Canıyev Rəşad Füzüli oğlu, 1997-ci il təvəllüdlü Muradova Roza Eynulla qızı və 1996-cı il təvəllüdlü Quliyeva Çinarə Azər qızı dünyasını dəyişib. Hadisəyə səbəb olan sürücü saxlanılıb.

Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü Namiq Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Araşdırmalar zamanı məlum olub ki, Namiq Hüseynov uzun illərdir "Ford" sürür. 2012-ci ildən martın 6-dək o, 61 dəfə cərimə olunub. Təkcə ötən il 24 dəfə cərimələnib. 
 
BAKU.WS