SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində raket tapılıb.
 
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən verilən məlumata görə, Cocuq Mərcanlı kəndində gün ərzində 3 evə baxış keçirilib, 1 439 ədəd qəlpə, 1 ədəd PQ-7VL raketi aşkar edilib.
 
Nəticə etibarilə 42 064 kv.m ərazinin 7 464 kv.m-i əllə, 12 800 kv.m-i mexaniki üsulla, 21 800 kv.m-i isə minaaxtaran itlərin dəstəyi ilə yoxlanılıb.
 
Füzuli rayonunun Cocuq Mərcanlıya bitişik Qazaxlar kəndi ərazisindəki otlaq sahəsində isə 1 ədəd tank əleyhinə mina (TM-62M) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.
 
BAKU.WS