SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin Antalya şəhərində azərbaycanlı iş adamı hücuma məruz qalıb.

BAKU.WS azvision.az-a istinadən xəbər verir ki, 37 yaşlı iş adamı Zaur Həsənov iş görüşməsindən qayıdarkən yolda başqa bir maşın onun bahalı cipini əzərək hadisə yerindən qaçıb.

Bundan qəzəblənən Z.Həsənov həmin maşını təqib etməyə başlayıb.

O, Yaşıldərə adlanan məhəllədə təqib etdiyi avtomobilin sürücüsü və yaxınları tərəfindən hücuma məruz qalıb. Onlar azərbaycanlı iş adamını daşa basıblar.

Çıxılmaz vəziyyətdə qalan Z.Həsənov hadisə yerindən qaçaraq dərhal polisə məlumat verib.

O, polis əməkdaşlarının köməyilə içərisində mobil telefonu, pul qabı, kredit kartları olan maşınını götürə bilib. Z.Həsənov ona hücum edən şəxslərdən şikayətçi olmadığını deyib. 
 
BAKU.WS