VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Psixiatriya xəstəxanasında xəstənin ayağının sındırıldığı iddia edilir. 

BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, Qəbələnin Daşca kənd sakini Ramin Musayev deyir ki, qardaşı, 35 yaşlı Namiq Musayev 1 Nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicə alır. 

Fevralın 21-də axşam ona zəng edərək qardaşının vəziyyətinin ağır olduğu deyilib. Bir gün sonra xəstəxanaya yollanan Ramin Musayev qardaşının ayağının sındığını görüb. Onun sözlərinə görə, özü xəstəxanaya gedənə kimi qardaşına heç bir tibbi yardım göstərilməyib.

Ramin Musayev deyir ki, Səhiyyə Nazirliyinə müraciət etdikdən sonra qardaşı 3 Saylı Şəhər Kliniki Xəstəxanasına göndərilib. Qardaşı iddia edir ki, Namiq Musayevin ayağını həkim sındırıb.

Məslə ilə bağlı 1 Nömrəli Respublika Psixiatriya Xəstəxanasından bildirilib ki, Namiq Musayev fiziki cəhətdən zəif insandır, sürüşərək yıxılıb və ayağını sındırıb.

Şöbə rəisi xəstəyə heç bir tibbi yardım göstərilməməsi iddiası ilə də razılaşmır.

Namiq Musayevin müalicəsi hazırda 3 Saylı Şəhər Kliniki Xəstəxanasında davam etdirilir.
 
Aynur Ələkbərova
BAKU.WS