SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Türkiyənin məşhur aktrisası Tomris İncer dünyasını dəyişib.
 
BAKU.WS məlumat verir ki,  Tomris İncerin ölüm xəbərini ilk, aktyor Levent Kazak Twitter hesabında yazıb. Kazak, aktrisanın şəklini paylaşaraq bunları yazıb:
 
"Böyük bir usta itirdik. O səhnəyə, səhnə də ona aşiq idi. Gülə-gülə". 
 
Qeyd edək ki, Tomris İncer uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi və müalicə olunurdu. 
 
BAKU.WS