VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda polis bölmələrindən birinin rəisi işdən çıxarılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Ceyhun Hüseynov işində verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad olunub.
O, daxili işlər orqanlarında sərəncama götürülüb.

Bölmə rəisinin vəzifəsinin icrası müvəqqəti olaraq rəis müavini polis mayoru Bəhruz Əliyevə tapşırılıb. Bəhruz Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rauf Əliyevin oğludur.
 
BAKU.WS