Azərbaycan-Gürcüstan sərhədində yerləşən Sınıq Körpü keçid məntəqəsində iritonnajlı maşınların sıxlığı yaranıb. "Report"un məlumatına görə, yük maşınlarının sürücüləri sərhədi keçmək üçün bir neçə saat gözləməli olurlar.

Sürücülərin sözlərinə görə, əsas problem yanacaq daşıyan maşınların tıxacda qalmasıdır. Onlar bildirir ki, bu nəqliyyat vasitələrinin uzun müddət məntəqədə dayanması çox təhlükəlidir.

Buraxılış məntəqəsinin piyada keçid xəttində isə vəziyyət normaldır. Sərhədi piyada keçmək istəyənlər heç bir çətinlik yaşamırlar.

Sınıq Körpü sərhəd-buraxılış məntəqəsindən bildiriblər ki, son günlər gediş-gəliş zamanı sıxlıq müşahidə olunmur. Azərbaycana gələn və Gürcüstana keçmək istəyənlər yoxlanıldıqdan sonra rahat şəkildə yollarına davam edirlər. İritonnajlı avtomobillərdə isə daha çox Gürcüstan tərəfdə yoxlanış zamanı ləngimələr yaranır.
 
BAKU.WS