SİZİN REKLAM BURADA!
055 213 76 73



Tovuz sakini yolda vəfat edib. Hadisə rayonun Avaztəpə kəndində baş verib.

Kənd sakini, 70 yaşlı Zahid Cəlilov avtomobildən düşərək öskürməyə başlayıb və bir müddətdən sonra halı pisləşib. Z.Cəlilov Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun öldüyü məlum olub.

Məlumata görə, Z.Cəlilov ağ ciyər xəstəliyindən əziyyət çəkirmiş. Onun aptekə gedərkən dünyasını dəyişdiyi bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (APA) 
 
BAKU.WS