VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
Respublikanın daxili işlər orqanları tərəfindən əhalinin ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə keyfiyyətsiz yeyinti və sənaye məhsullarının müəyyən edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
 
BAKU.WS-in xəbərinə görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Yasamal rayonu ərazisində keyfiyyətsiz, saxta spirtli içkilərin istehsal edilməsi barədə əməliyyat məlumatı daxil olub.
       
Keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində fakt öz təsdiqini tapıb və Bakı şəhər sakini Nəsimi Əhmədovun həmyerlisi Fazil Hacıbalayevlə birlikdə yaratdıqları gizli sexdə saxta spirtli içkilər istehsal etdiyi müəyyən edilib.
       
Sexə baxış zamanı külli miqdarda saxta "Beluga”, "Stoliçnaya”, "Absolut”, "Nemiroff”, "Russkiy Standart”, "Moskovskaya”, "Russkiy Kalibr”, "Kremlin” "Banketnaya”, "Zolotoe Koltso” araqları, "Jack Daniels” və "Chivas regal” viskiləri,  keyfiyyətsiz spirtin saxlanıldığı çənlər, eləcə də spirtli içkilərin qablaşdırılmasında  istifadə olunan etiketlər, qapaqlar, həmçinin digər avadanlıqlar aşkar olunaraq götürülüb.
       
Saxlanılan şəxslər ifadələrində bildiriblər ki, kustar üsulla hazırladıqları saxta spirtli içkilərin Bakı şəhəri və respublikanın rayonlarında satışını təşkil etmək istəyiblər.
      
Baş İdarə əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat nəticəsində onların bu niyyətlərinin qarşısı alınıb.
       
Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan spirtli içkilər keyfiyyətsiz və  istifadəyə tam yararsızdır, bu səbəbdən insan sağlamlığına ciddi təhlükə yarada bilər.
       
Toplanmış material prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.

BAKU.WS