Bakıda qətl törədilib.

Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, oktyabrın 4-də Bakının Maştağa qəsəbəsi sakini 1970-ci il təvəllüdlü Hikmət Rəhimov həmkəndlisi, 1976-cı il təvəllüdlü Elsevər Əliyevi bıçaqla qətlə yetirib və sonra könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gələrək təslim olub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Ziya Səccad
BAKU.WS