SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xəzər TV-nin "Diqqətli ol" verilişində yeni sosial çarx yayıblanıb. 
 
BAKU.WS-in məlumatına görə, Bakının mərkəzi küçələrində müxtəlif sosial testlər edən gənclər insanların reaksiyası ilə qarşılaşıb. 
 
Belə ki, sosial testlərdən birində qadının avtomobilindən çantasınını götürüb qaçan şəxsi ətrafdakılar yaxalayır. Oğru obrazında olan aktyor onu yaxalayan şəxsə pulu bölməyi təklif edir. Maraqlısı ondadır ki, əksər insanlar bu təklifə razılıq verir. 
 
Digər bir sosial test zamanı isə yolla gedən qadının çantasının qəfil oğurlanmasıdır. Belə ki, iki gənc qadının çantasını götürüb qaçır və ətrafdakılar buna sərt reaksiya göstərir. İnsanların bu hadisəyə biganə qalmadığı kadrlardan aydın görünür. 
 
Şahin Həbibov
BAKU.WS