VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Tovuzda torpaq üstündə  dalaşan iki qardaşdan biri xəsarət alıb.
 
BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, rayonun Qaraxanlı kənd sakini, 1951-ci il təvəllüdlü Hüseynov Həsən Ədil oğlu sağ qolun iti alətlə kəsilməsi diaqnozu və sol qolun xəsarəti ilə Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib.
 
Ona tibbi yardım göstərilib, vəziyyətini normal olduğu bildirilir. H. Hüseynovun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Hüseynova Hekayət isə şok diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.
 
Məlumata görə, H.Hüseynov qardaşı ilə torpaq üstündə dalaşıb və özü özünə xəsarət yetirib. Hekayət Hüseynova isə dava zamanı qorxudan şoka düşüb.
 
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. 
 
BAKU.WS