SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dəm qazından boğulan uşağını təcili tibbi yardım stansiyasına gətirən valideyn qəzəbli halda təcili yardım avtomobilinin sürücüsünü döyüb. 

Xezerxeber.az məlumat verir ki, hadisə Paytaxtın Sabunçu rayonu İlyas Aslanov küçəsi 166 ünvanında yerləşən 12 saylı təcili tibbi yardım stansiyasının inzibati binasında baş verib. 

Ötən gün axşam saatlarında Niyaməddin Sadıqov qızı 17 yaşlı Nazilə Sadıqovanı dəm qazından zəhərlənməsi səbəbindən təcili tibbi yardım stansiyasına gətirib. Stansiyada sürücü kimi çalışan Vəli Sadıqov deyir ki, elə bu zaman Niyaməddin Sadıqov həkimləri təhqir etməyə başlayıb bunun üçün də həmin şəxsə təhqirlə danışmamağı məsləhət görüb. Bundan qəzəblənən Niyaməddin Sadıqov onu döyməyə başlayıb. 

Zərərçəkmiş Vəli Sadıqov təcili yardım stansiyasının əməkdaşlarının köməkliyi ilə 3 saylı Şəhər xəstəxanasına gətirilib. Xəstənin burnu sındğından əməliyyat olunub. Hadisədən sonra Niyaməddin Sadıqov dəm qazından zəhərlənən qızını 1saylı Şəhər xəstəxanasının toksikologiya şöbəsinə  aparıb. 

Bəs hadisəyə səbəb nə olub? 

Sürücü deyilənlərlə razılaşmır. Onun sözlərinə görə, xəstə müraciət edən zaman ona ilk tibbi yardımı növbətçi  həkim Gülnarə Abbasova edib. 

Hadisə ilə bağlı ərazi üzrə Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinə məlumat verilib. Döyülən sürücünün ifadəsi alınıb və məhkəmə tibbi ekspertizası təyin olunub. Alınan rəydən sonra, fakta hüquqi qiymət veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 
BAKU.WS