SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Cəbrayıl rayonunun işğaldan yeni azad edilmiş Cocuq Mərcanlı kəndində hərbi sursat tapılıb.
 
ANAMA-dan BAKU.WS-ə verilən məlumata görə, bu gün həmin kənddə 18 ev və kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yoluna baxış keçirilib, 1 013 ədəd qəlpə, 1 ədəd partlamış ″Qrad″ raketinin mühərrik hissəsi aşkar edilib. Mina və partlamamış hərbi sursat aşkarlanmayıb, nəticə etibarilə 85 700 kv.m ərazi (29 450 kv.m əl ilə, 10 700 kv.m mexaniki üsulla,  35 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 10 550 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
 
Məlumatda həmçinin qeyd olunur ki, son 19  gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 47 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 6 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843) və 1 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VL)) aşkar olunaraq zərərsizləşdirilib, 327 059 kv.m ərazi (107 709 kv.m ərazi əl ilə, 95 800 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi  SENSYS dərinlik ölçən cihazı və 10 550 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
 
BAKU.WS