SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Binəqədi rayonunda istifadəyə yararsız olan 4 ədəd "PEUGEOT” markalı minik avtomobillərinin yanar hissələri yanıb.
 
BAKU.WS xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 12:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə şahidləri Lent.az-a bildiriblər ki, yanğın Baksol yolunda "Fortuna" şirkətinə məxsus dayanacaqda baş verib. Yanan avtomobillər 2003-cü il buraxılışı olub və bir müddət imiş ki, dayanacağa yerləşdirilibmiş.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil, araşdırma aparılır.
 
Aynur Ələkbərova
BAKU.WS