SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bir illik zəmanətlə aldığı telefonun oğurluq olduğundan 1 ay sonra xəbər tutdu. 

BAKU.WS Xezerxeber.az-a istinadən məlumat verir ki, hadisə Ağdaş rayonu sakini Orxan Səmədovun başına gəlib. 

O, mobil telefonu metronun ''20 yanvar'' stansiyası yaxınlığında yerləşən ''Uğur -2'' adlı mağazadan alıb. Bu zaman telefona 1 illik zəmanət də verilib. 

Bundan bir aydan çox keçəndən sonra Yasamal rayon 27-ci polis bölməsindən Orxan Səmədova zəng edilərək bildirilib ki, işlətdiyi telefon oğurluqdur. Buna görə də təcili olaraq telefonu da götürüb bölməyə yaxınlaşmalıdır. 

Məsələni araşdırmaq üçün zərərçəkənlə birlikdə telefonun satıldığı həmin mağazaya yaxınlaşdıq. Mağazadan bildirdilər ki, telefonu başqa bir şəxs ikinci əl kimi mağazaya satıb və oğurluq olmasından xəbərsiz olublar. 

Bununla belə, telefonun oğurluq olduğu təsdiqlənsə, Orxan Səmədova dəyən maddi ziyan ödəniləcək. 

Artıq telefonun oğurluq olduğu təsdiqlənib. Bununla bağlı Yasamal rayon 27-ci polis bölməsi protokol tərtib edərək telefonu Orxan Səmədovdan alıb. İndi növbə mağazanın Orxan Səmədova dəyən maddi ziyanın ödəməsindədir.
 
BAKU.WS