SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Ötən gecə paytaxtda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

BAKU.WS-in DIN-in saytına istinadən verdiyi xəbərə göra, Fevralın 20-də Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yaşayan Heydər Seyidovun evində özü, anası Vəsilə, qardaşı Elmar, bacısı Pərvanə, arvadı Xatirə, azyaşlı oğlu İbrahim dəm qazından zəhərləniblər.

Nəticədə H. Seyidov dünyasını dəyişib, digərləri isə xəstəxanaya yerləşdiriliblər.
 
Arzu Mirzəyeva
BAKU.WS