Bakıdakı dəhşətli qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ - FOTO/VİDEO - YENİLƏNİB
"Maştağa şosesinin Buzovna qəsəbəsindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı ölüm faktı qeydə alınmayıb".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu məlumatı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru polis mayoru Fuad Sultanov bildirib.
Nəticədə BMW markalı avtomobilin sürücüsü M.Zeynalov qarının küt travması, sərnişinləri - Siyəzən rayon sakini, 2001-ci il təvəllüdlü Nicat Gülmirzə oğlu Rəşidov qapalı kəllə-beyin və döş qəfəsinin küt travması, Siyəzən rayon sakini, 2014-cü il təvəllüdlü Ammar Zaur oğlu Ramazanlı açıq kəllə-beyin travması, Qusar rayon sakini, 2017-ci il təvəllüdlü Davud Kamil oğlu Orucov döş qəfəsinin əziyi xəsarətləri alaraq Sabunçu Tibb Mərkəzinə müraciət ediblər.
Hazırda Ammar Zaur oğlu Ramazanlı müalicəsini xəstəxanada davam etdirir, digərləri isə ilkin tibbi yardım alaraq evə buraxılıblar".
F.Sultanov əlavə edib ki, faktla bağlı Xəzər Rayon Polis İdarəsinin təhqiqat şöbəsində araşdırma aparılır.
***12:15
Bakının Maştağa qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb.
Qəza zamanı BMW, "Mercedes" və "Chevrolet" markalı avtomobillər zərər görüb.
Videodan məlum olur ki, sürətlə gələn avtomobilin sürücüsü idarəetməni itirir və nəticədə avtomobil yol kənarındakı digər nəqliyyat vasitələrinə çırpılır.
Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində yüksək sürətlə hərəkət edən avtomobildəki bir uşaq həyatını itirib, digər avtomobillərə ciddi ziyan dəyib.
Qeyd edək ki, baş vermiş hadisənin təfərrüatı ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə sorğu ünvanlanıb.
Videogörüntünü təqdim edirik:
Oxşar xəbərlər
"İmprotex Motors” 25 illik yubileyində ilk BMW XM avtomobilinin təqdimatı - FOTO/VİDEO
17 Aprel tarixində BMW avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı "Improtex Motors" şirkəti "Fairmont” otelində 25 illik yubileyini və ekstravaqant dizaynlı...