İsmayıllıda 17 yaşlı oğlan itkin düşüb
İsmayıllı rayonunun Diyallı kənd sakini 2007-ci il təvəllüdlü Məmmədov Kənan Nurəddin oğlu iyunun 2-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və geri qayıtmayıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, itkin düşən şəxsin əlamətləri belədir: boyu 160 sm, arıq bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində qırmızı rəngli köynək, qara şalvar və sarı rəngli idman ayaqqabısı olub.
"Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)285-11-89 şəhər və 050-280-45-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycanda bacısının toyunu dağıtmaq istədi, atasını güllələdi
Bərdə rayonunda 2000-ci il təvəllüdlü Kənan Fərzəliyev atası Buludu qətlə yetirib. Teleqraf.com-un məlumatına görə, Kənan 29 may 2022-ci ildə saat 13 radələrind...