SİZİN REKLAM BURADA!
055 213 76 73



Ələt qəsəbəsində dənizin sahilində naməlum kişi meyiti tapılıb.

BAKU.WS xəbər verir ki, bu gün axşam saatlarında Qaradağ rayonunun Ələt qəsəbəsində Xəzər dənizinin sahilində naməlum kişi meyiti tapılıb.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, hazırda müvafiq dövlət komissiyası tərəfindən cəsədin ötən ilin dekabr ayının 15-də güclü külək zamanı estakadanın dənizə uçması nəticəsində itkin düşmüş neftçilərdən birinə mənsub olması ehtimalı araşdırılmağa başlanılıb.

Hazırda cəsəd Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyi Yasamal şöbəsinə aparılır.
 
BAKU.WS