SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyədə böyük qalmaqala səbəb olan cinayət baş verib.


BAKU.WS
-in məlumatına görə, İstanbulda 4 ulduzlu otelərin birində 2 stüardessa qız zorlanıb. Qızları Türkiyənin tanınmış iş adamlarından olan Elazığ Belediyesporun keçmiş rəhbəri Serkan G. və biznesmen Suat K. zorlayıblar.


İlk öncə qızlarla otelin yeməkxanasında tanış olan biznesmenlər onlarla birlikdə yemək yeyiblər. Şam yeməyindən sonra qızlar öz otaqlarına gedib. Biznesmenlər də qızların ardınca onların otaqlarına, kofe içmək adı ilə qalxıblar. Kofe içdikdən sonra qızlara birlikdə olmağı təklif ediblər. Lakin qızlar təklifi rədd edib. Bundan əsəbləşən biznesmenlər qızları döyüb və zorlayıb.

Stüardessalardan biri çılpaq halda otaqdan qaça bilib. Qız otelin mühafizə xidmətinə xəbər verib. Lakin qızın şikayətilə maraqlanan olmayıb. Bu zaman təcavüzə uğrayan qız hərbçi atasına zəng vuraraq hadisə barədə xəbər verib. Polkovnik rütbəsi daşıyan və hərbi hissələrdən birində komandir işləyən ata dərhal otelə gəlib. Polkovnik İstanbulun bütün hüquq-mühafizə orqanlarını ora cəlb edib. Dərhal əməliyyat keçirilib.

Əməliyyat zamanı biznesmen Serkan G. saxlanılsa da, Suat K. Qaça bilib. Bundan əlavə otelin mühafizə xidmətinin əməkdaşı və rəhbəri də həbs edilib.

Tibbi müayinə zamanı stüardessaların həqiqətən də zorlandığı öz təsdiqini tapıb. Hazırda hadisəni törədərək qaçan digər biznesmen axtarışa verilib.

Faktla bağlı araşdırmalar davam edir.

Ziya Səccad
BAKU.WS