SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda gecə klubundan çıxan qadını maşında zorlayıblar.
 
BAKU.WS-in məlumatına görə, hadisə Əhməd Rəcəbli küçəsində baş verib. Zorlama haqqında Nərimanov rayonu Polis İdarəsinə ərizə ilə müraciət daxil olub. 
 
20 yaşlı qız bildirib ki, 16 fevral tarixində saat 04:30-da Tural adlı cavan oğlan tərəfindən zorlanıb. Zərər çəkmişin sözlərinə görə, hadisə avtomobildə baş verib.
 
Qız polisə bildirib ki, Turalla gecə klublarından birində yaxşıca əylənib. Spirti içki qəbul edən gənclər daha sonra evə qayıtmaq üçün klubdan çıxıblar. Yola çıxan qız evinə çatmamış oğlan tərəfindən zorlanıb.
 
Polisdən verilən məlumata görə, cinayət işinin materialları rayon prokurorluğuna göndəriləcək. 
 
ru.sputnik.az
BAKU.WS