VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda ruhi əsəb dispanserində müalicə alan 60 yaşlı kişini küçədə don vurub.

BAKU.WS report-a istinadən xəbər verir ki, 1957-ci il təvəllüdlü Hacıyev Vilayət Səxavət oğlu don vurmuş vəziyyətdə Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserinə aparılıb. Daha sonra 3 saylı Şəhər Klinik Xəstəxanasında yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaq, onun həyatını xilas etmək mümkün olmayıb.

V.Hacıyevin meyidi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserindən "Report"a bildirilib ki, V.Hacıyev orada qeydiyyatda olsa da, daimi qalmayıb: "Sadəcə xəstəxanaya tez-tez gəlib-gedirdi".