SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Bakı qəsəbələrindən birinin sakinləri 5 ay müddətində mütəmadi olaraq 14 yaşlı qazla intim əlaqəyə giriblər, qızın anası isə bu barədə tam təsadüfən xəbər tutub.
 
BAKU.WS-in Sputnik-ə istinadən verdiyi xəbərdə bildirilir ki, Xəzər rayonunda yetkinlik yaşına çatmamış qız, 3 nəfər kişi tərəfindən cinsi istismara məruz qalıb. Bu barədə Sputnik Azərbaycana Xəzər rayon polis bölməsi tərəfindən məlumat verilib. Məlumatda o da bildirilir ki, ötən çərşənbə axşamı rayonun 1 nömrəli polis bölməsinə Qala qəsəbəsinin 39 yaşlı sakini L.B müraciət edib.
 
Qadın bildirib ki, 17, 18, 22 yaşlarında 3 oğlan onun 14 yaşlı qızı ilə davamlı alaraq intim əlaqəyə giriblər. Zərərçəkən tərəfinin sözlərinə görə, birinci dəfə 2016-cı ildə cinayətkarlar onun qızını cinsi yaxınlığa məcbur ediblər. O vaxtdan da onlar dəfələrlə qızla cinsi əlaqəyə giriblər. Gənclər, yeniyetməni hadisə barədə danışacağı təqdirdə fiziki zorakılıq tətbiq  edəcəkləri ilə hədələyiblər. Məlumat verilir ki, yeniyetmənin anası qızının zorlandığından onun pedofillərdən biri ilə söhbət edərkan təsadüfən xəbər tutub. Cinayətkarlar onu növbəti görüşə çağırırlarmış. Hər 3 nəfərin şəxsiyyəti təsdiqlənib, amma günahları sübut edilmədiyi üşün adları açıqlanmayıb. Materiallar araşdırma üçün Xəzər rayon prokrorluğuna göndərilib. Faktla bağlı hələ ki, heç kəs saxlanılmayıb. 

Arzu Mirzəyeva
BAKU.WS