SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ötən gün saat 15:10 radələrində Samux rayonunun Salahlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər silahlı şəxs aşkar edilib.
 
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, sərhəd pozucusu sərhəd naryadının qanuni tələblərinə tabe olmayıb.
 
Həmin şəxs silahlı müqavimət göstərərək qaçmağa cəhd edib. Sərhədçilər təlimata uyğun hərəkət edərək silah tətbiq edib və sərhəd pozucusunu sol ayağından yaralayaraq yaxalayıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı şəxsin Samux rayonu Salahlı kənd sakini, 1966-cı il təvəllüdlü Qarayev Məhəmməd İsa oğlu olduğu müəyyən edilib və Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə baxış zamanı bir ədəd 12 mm-lik qoşalülə ov tüfəngi, bir ədəd patron qatarı, 12 ədəd dolu və 8 ədəd boş patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS