SİZİN REKLAM BURADA!
055 213 76 73


 
ARB Kəpəz xəbər verir ki, polis qanunsuz ov edənləri saxlayıb. Xidməti avtomobildən isə odlu silah və ov edilən quş aşkarlanaraq maddi sübut kimi götürülüb.

Samux rayonunun Hacallı kəndi ərazisində Gəncə sakinləri Mais Vəliyev və Bəxtiyar Qurbanov ov edərkən polisin əlinə keçib.

Mais Vəliyevin "NİVA" markalı avtomobilinə baxış keçirilən zaman oradan sənədləri olmayan "TOZ" markalı ov tüfəngi və 48 ədəd patron, eləcə də 1 ədəd alabaxta quşu aşkarlanıb.

Mais Vəliyev- saxlanılan şəxs: "Mən həyatı boyu səhv iş görməmişəm. Tanıdığımdan özüm də tənbeh elədim ki, belə işlər görmək olmaz. Ancaq özümü onda təqsirli bilirəm ki, səhv etdim, məlumat vermədim”.

Bəxtiyar Qurbanov- saxlanılan şəxs: "Vallah mən neçə il Rusiyada yaşamışam. Hava xoşuma gəldi. Babadan qalma tüfəngdir dedim, çıxım havamı dəyişim. Bir dənə göyərçin vurmuşuq”.

Saxlanılan hər iki şəxsin əməlinə hüquqi qiymət araşdırmalardan sonra veriləcək.
 
BAKU.WS