SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Torpaq ərazidə qanunsuz parkomat quraşdırılıb. Söhbət Xətai rayonu Nobel prospekti Ağ şəhər bulvarına bitişik ərazidən gedir.
 
Yaxınlıqda olan ofislərdə çalışan işçilər avtomobillərini burda saxlayırlar. Bunu görən Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin əməkdaşları torpaq ərazidə parkomat quraşdırıblar.

Çəkiliş apardığımız zaman parkomatların işlək vəziyyətdə olmasının şahidi olduq. Ancaq nədənsə ərazidə parkomata nəzarət edən əməkdaşlar gözə dəymirdi.
Bununla yanaşı, yer torpaq olduğundan xüsusən də yağışlı və qarlı günlərdə əraziyə daxil olmaq çətinləşir. Ancaq bütün bunlara baxmayaraq, ərazi ödənişli parklanma yeri kimi fəaliyyət göstərir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, "yol hərəkəti" haqqında qanuna görə bu cür ərazidə parkomat qoyula bilməz. Əslində isə parklanma yerləri müəyyən standartlara cavab verməlidir.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, telefonlara cavab verən olmadı.
 
BAKU.WS