SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Sabunçu rayonunda yanacaqdoldurma məntəqəsinə silahlı hücum olub.

 

Sabunçu rayon Polis idarəsindən BAKU.WS-ə verilənm məlumata görə, hadisə dünən ABU Petrol yanacaqdoldurma məntəqəsində qeydə alınıb.

Məntəqəyə "VAZ” markalı avtomobillə daxil olan 3 maskalı şəxs orada çalışan işçiləri hədələyib və külli miqdarda pul oğurlayaraq qaçıblar.

Hadisə barədə məlumat daxil olan kimi araşdırmalara başalanılıb. Hazırda dəyən ziyan və qarəti törədənlərin tapılması üçün araşdırma aparılır.

Faktla bağlı cinayət işi başlanıb.

Ziya Səccad
BAKU.WS