SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda kütləvi dava zamanı gənc oğlan bıçaqlanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakıxanov Ticarət Mərkəzində ("Razin talkuçka”sı kimi tanınır) 6 nəfər arasında dava düşüb. Dava zamanı 1995-ci il təvəllüdlü Poladov Məbud Ərəstun oğluna 3 bıçaq xəsarəti yetirilib. M.Poladov xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
 
BAKU.WS