SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xəbər verdiyimiz kimi, fevralın 9-u axşam saatlarında Murovdağ silsiləsində xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Rüstəmov Ülvi Əhməd oğlu baş vermiş qar uçqunu nəticəsində həlak olub.

Müdafiə Nazirliyindən unikal.org-a bildirilib ki, həlak olan əsgər Rüstəmov Ülvi Əhməd oğlunun nəşi hadisə yerindən çıxarılaraq götürülüb.

Ü.Rüstəmovun nəşi bu gün dəfn olunması üçün doğulduğu Ağcabədi rayonuna aparılıb.
 
BAKU.WS